Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nadir gəlini haqda: ''Sən qızımsan, oğlum kürəkənimdir''

Nadir gəlini haqda: ''Sən qızımsan, oğlum kürəkənimdir''

Tarix: 4 Yanvar 2022 14:25

"Gəlinim deyir, fəxr edirəm ki, mənim cavan qayınanam, qayınatam var. Qayınatam pozitivdir, mənimlə çərçivədə zarafatlaşır. Ona deyirəm ki, sən qızımsan, oğlum kürəkənimdir".

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Həmin Zaur" proqramında deyib. Dekabrın 20-də oğlu Loğmana toy edən sənətçi məclisdə göz yaşlarına hakim ola bilməməsinin səbəbini açıqlayıb:

"Kövrəldim, illərin əziyyəti, yükü bir az boşaldı. Toy etmək çətindir, məsuliyyətlidir. Məclisdən sonra normal yatmağa başladım. O vaxta qədər dərmanla yatırdım. Yuxular görürdüm, soyuq tərlə oyanırdım. Fikirləşirdim ki, necə olacaq? Şükür Allaha ki, hər şey gözəl oldu".


Etiketlər:  Nadir gəlini haqda Sən qızımsan oğlum kürəkənimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ