Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 19:55
"Getdim 2 ay Moskvada qaldım. Toy yox idi, qalmışdıq belə. Təsəvvür edin, hər gün toydasan və birdən yox oldu. Başladım depressiyaya düşməyə".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Səhər mərkəzi" proqramında deyib. İfaçı oğlu Loğmanın toyuna gəlməyən sənət dostlarından bəhs edib:
"Gəlib nə qədər pul yazdıracaqsan ki, məni təəccübləndirəcəksən? Mənə maraqlı pul yox, dostlarımın gəlməsidir. Gözüm qapıda qalmışdı. Afaq Gəncəlini, başqasını gözlədim. Bəziləri paketdə hədiyyə göndərdi, bunlar mənə önəmli deyildi. Gözləmirdim ki, Damla gəlsin. Onun heç bir məclisinə getməmişəm. Gəldi və sona kimi oturdu. Toyu bazarertəsi etdim ki, heç bir məşhurun işi olmasın. Dekabrın 20-də dostlarımı tanıdım. Bildim kim kimdir. Kimə daha çox addım atmaq lazımdır, kimə yerində. Toydan bir neçə gün əvvəl Elton Hüseynəliyev zəng etdi ki, toyu kim aparacaq? cavab verdim ki, Nicat adlı ifaçı. Qayıtdı ki, özüm gəlib aparacam. Onun böyüklüyü idi".
Afaq isə Nadirə "Çəkilişdə olduğum üçün gələ bilmədim. Əzizin toyunda gələcəm. Heç vaxt Nadir sözümü yerə salmayıb. Bu cür insanın toyuna gedə bilmədim" cavabını verib.