Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cüdo millimiz dünya çempionatının komanda yarışlarında 5-ci yeri tutub

Cüdo millimiz dünya çempionatının komanda yarışlarında 5-ci yeri tutub

Tarix: 1 Sentyabr 2019 17:20

Bakı. Trend:

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışları keçirilib.

Azərbaycan Cüdo Kateqoriyasından Trend-ə verilən məlumata görə, Azərbaycan millisi ilk görüşünü güclü Portuqaliya yığmasına qarşı keçirib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda cüdoçularımız 4:3 hesabı ilə qələbə qazanıblar. 1/4 finalda Braziliya komandasına uduzan millimiz təsəlliverici görüşdə Koreya yığmasını məğlub edərək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Rusiya cüdoçuları ilə mübarizədən məğlub ayrılan milli komandamız Tokio mundialında 5-ci yeri tutub.


Etiketlər:  Cüdo millimiz dünya çempionatının komanda yarışlarında 5 ci yeri tutub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ