Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda iki qardaş bıçaqlanıb

Bakıda iki qardaş bıçaqlanıb

Tarix: 6 Yanvar 2022 08:28

Bakıda iki qardaş bıçaqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Bəşirov Amil Firdovsi oğlu və 1983-cü il təvəllüdlü Bəşirov Güləhməd Firdovsi oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı A.Bəşirova sol saidin yuxarı üçdə bir hissəsinin kəsilmiş-deşilmiş yarası, G.Bəşirova isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda qardaş bıçaqlanıb


RƏYLƏR