Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bordin komandasına tərbiyə versin” - Ayxan Abbasov

“Bordin komandasına tərbiyə versin” -  Ayxan Abbasov

Tarix: 1 Sentyabr 2019 21:44

"Bir xal üçün gəlmişdik. Keçən tur da məğlub olmuşduq. İlk hissədə istədiyimiz qolu vura bildik. Oyunu əks-hücumların üzərində qurmaq istəyirdik".
 
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 3-cü turunda bu gün "Neftçi"yə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.

Məğlubiyyəti şərh edən çalışdırıcı oyunda yaşanan qalmaqaldan da danışıb: “Neftçi”nin durumu bizdən də pis idi. Təəssüf ki, qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin oldu. Dəyişikliklər etdik, amma son 1 dəqiqəni dözə bilmədik. Bu da bəzi futbolçularımızın gənc olması və Premyer Liqa ab-havasına uyğunlaşmaması ilə bağlıdır. Yenə də vuruşduqlarına görə komandaya təşəkkür edirəm. Məni üzən bəzi səbəblər var. Bunlardan danışmalıyıq. Təəssüüf ki, Roberto Bordin hər dəfə kimlərəsə nələrisə öyrətmək istəyir. Amma getsin, öz komandasına tərbiyə versin. Mənim futbolçularımdan kimsə rəqib komandanın məşqçilərini söysə, mən onu qovaram. Təəssüf ki, millidə Anton Krivotsyuk kimi futbolçular oynayır. Mən bu gün futbola nifrət etdim. Gəlib bizə niyə söyüş söyür? Neynəmişik ki? Axırıncı dəqiqədə top çıxıb, futbolçumuz yerdə qalıb. Bordin müəllim, başqa vaxt gəlib vaxt uzatmaqdan şikayətlənirsiz, topu niyə vermədiz? Azərbaycana gəlib futbol öyrətmək lazım deyil. Bu da onun tərbiyəsiz komandası!
 
- Etibar Tarıverdiyevin sizə əl-qol atması necə?

- Futbol aqressiya oyunudur. Biz də əsəbləşirik. Mən futbolçuları ordan çəkmək istəyirdim. Anton pis söyüş söydü. Azərbaycanda elə sözə görə adamı öldürürlər. Bəlkə, Ukraynada onun üçün normaldır. Heç kim valideynlərini küçədən tapmayıb. Onun başını kəsərlər. Mən 20 futbolçunun qabağını kəsə bilmərəm. Ancaq onları çölə çıxarmaq istəyirdim. Etibarın onun sakitləşdirmək əvəzinə bizim üzərimizə gəlməsi normal deyildi. Antonun o hərəkətinə görə Vurğun qırmızı vərəqə aldı. Bu gün “Sumqayıt”la yox, getsinlər o büdcə ilə “Qarabağ”la prinsip aparsınlar.
 
- Keçən tur hakimlik barədə danışmağınız AFFA tərəfindən narazılıqla qarşılandı. Bu gün razı qaldızmı?

- Sualınız odu ki, mən yenə cəza alım (gülür).
 
- Epizodların birində Əmir Ağayev cərimə meydançasında yerdə qaldı. Amma haqqınızı tələb etmədiz...

- Epizodu görməmişik. Belə danışmaq olmaz. Bu hadisə olmasaydı, mən “Neftçi”ni tərbik edərdim. Problem deyil, yenə təbrik edirəm. Gəlib bizə küçə söyüşü söyməsi pis təsir etdi. Gör, millinin formasını kimlərə etibar edirik.
 


Etiketlər:  Bordin komandasına tərbiyə versin Ayxan Abbasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ