Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniya sakini pişik yemi qutusunda gizli kamera tapdı

Britaniya sakini pişik yemi qutusunda gizli kamera tapdı

Tarix: 7 Yanvar 2022 09:36

Böyük Britaniya sakini pişik yemi qutusunda gizli kamera tapıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, rəfiqəsilə yemi aldıqdan bir neçə gün sonra kameranı aşkar edib.

Onların diqqətini paketin üzərindəki dəlik cəlb edib. Məlum olub ki, dəlikdə linza quraşdırılıb.

Supermarketin özü də vəziyyətə münasibət bildirib. Mağaza rəhbərliyi baş verənlərdən narahat olduğunu və polislə birlikdə hadisəni araşdırdığını qeyd edib.

Həmçinin, yem istehsalçısı da kömək etməyə hazır olduğunu vurğulayıb.

Milli.Az


Etiketlər:  Britaniya sakini pişik yemi qutusunda gizli kamera tapdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ