Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Omikron” təkrar yoluxma riskini artırır?

“Omikron” təkrar yoluxma riskini artırır?

Tarix: 7 Yanvar 2022 12:18

"Koronavirusun "Omikron" ştammı virusa təkrar yoluxma şansını artırır".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı həkim-terapevt, "Həkim kitabçası" əlavəsinin yaradıcısı Konstantin Xomanov deyir.

"Koronavirusun "Omikron" variantında insan orqanizminin hüceyrələri ilə qarşılıqlı əlaqəyə cavabdeh olan və virusun nüfuzetmə gücünü artıran sünbül zülalında bir sıra mutasiyalar müşahidə olunur. "Omikron" yüksək yayılma sürətinə malikdir, mövcud terapevtik dərmanlara (monoklonal anticisimlər) həssaslığı azaldır, əvvəlki xəstəlik və ya peyvənd nəticəsində bədənin immun reaksiyasının effektivliyini azalda bilər", - deyə mütəxəssis vurğulayıb.

O, "Delta"ya təkrar yoluxma şansını 8 %, "Omikron"a yoluxma şansını isə 19 % qiymətləndirib.


Etiketlər:  Omikron təkrar yoluxma riskini artırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ