Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Müəllimlər şagirdləri döyür də, söyür də”

“Müəllimlər şagirdləri döyür də, söyür də”

Tarix: 7 Yanvar 2022 20:15

Bir neçə gündür sosial şəbəkələrdə məktəb direktorunun şagirdlərini döydüyü video müzakirə olunur. Əksər istifadəçi 9 nömrəli məktəbin direktoru Zinyət Əhmədovanı bu əməlinə görə qınayıb. Həmçinin, sözügedən hadisəyə sənət dünyasından da bir çox sima reaksiya verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, aktyor Sənan Ellez feysbuk səhifəsində mövzu ilə bağlı paylaşım edib. Sənətçi deyib ki, buna bənzər olayların şahidi olub:

"Hamımız bilirik ki, Azərbaycanda müəllimlər şagirdləri döyür də, söyür də. Yoldaşalarımızın döyülməsinə öz gözlərimizlə şahid olmuşuq. Dəfələrlə özümüz yoldaşlarımızın gözünün qarşısında döyülmüşük. Müəllim olan qohum-əqrəbamız illərlə şagirdləri döyüb, döyür və döyəcək... Biz bununla mübarizə apara bilən qüvvəyə malik deyilik.

Dostlar, bu bizim təhsilimizin deyil, insanlığımızın problemidir. Biz insan olaraq sosial problemlərlə zənginik. Mən həmişə 1 şillədən sonra müəllimə deyirdim ki, niyə vurursunuz, sözlə deyin, başa düşəcəm. İnandırım ki, bu ağzımdan çıxan son söz olurdu. Elə günə salırdı ki, sözün yaradılışından bixəbər olurdum. Uşaqlarınızı qoruyun, bizə oxşamasınlar".

Milli.Az


Etiketlər:  Müəllimlər şagirdləri döyür söyür


RƏYLƏR