Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2022 05:46
Ötən gün keçirilən hərracların bağlanması zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, 10 yanvar tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) fevral fyuçerslərinin qiyməti 970-1 025 dollar civarında ticarət olunub, bu da öncəki hesablama qiyməti (1 039,4 dollara yaxın) ilə müqayisədə 7% azdır.
Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.