Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2022 16:38
Türkiyənin Ərzurum vilayətində baş verən hadisə müzakirələrə yol açıb.
Sonxeber.net bildirir ki, metbuat.az xəbər verir ki, Nurtən adlı qadına sosial mediadakı qrupdan açıq-saçıq foto göndərilib. Qadın bu fotonu qrup admininə göndərərək şikayət etmək istəyib. Lakin o səhvən fotonu qonşularına göndərib. Hadisədən xəbərsiz olan qonşular isə Nurtənin evinə hücum ediblər. Qadın həqiqəti deməyə çalışsa da, qonşular buna məhəl qoymayıblar. Onlar güc tətbiq ediblər.
Hadisə zamanı qadına və onun həyat yoldaşına xəsarətlər yetirilib. Cütlük polisə şikayət edib.