Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toya yarıçılpaq halda gedən model: “Gəlindən icazə almışdım” - FOTO

Toya yarıçılpaq halda gedən model: “Gəlindən icazə almışdım” - FOTO

Tarix: 12 Yanvar 2022 11:44

Supermodel Kendall Cennerin noyabrda yaxın rəfiqəsi Lauren Perez və David Valtzerin toyunda geyindiyi qara libas aradan uzun müddət keçsə də müzakirə olunur.

Sonxeber.net xarici mediaya istinadən xəbər verir ki, 26 yaşlı modelin "Mônot" imzalı donundakı dərin yarıqlarla gəlini arxa planda qoymaqda ittiham olunub.
Perezin "2021-ci ilin ən böyük gecəsi" başlığı ilə paylaşdığı fotolar Kendalın yenidən tənqidlərlə üzləşməsinə səbəb olub.

Rəylərin ardından Perez rəfiqəsinin bu geyimlə çox gözəl göründüyünü vurğulayıb. Kendal özü isə Laureni işarələyərək "Təbii ki, əvvəlcədən icazəni aldım" rəyini yazıb.
Daha sonra bəzi izləyicilər Kendalın lehinə fikirlər yazsa da, mübahisələrin artdığını görən Lauren Perez rəyləri bağlamaq məcburiyyətində qalıb.


Etiketlər:  Toya yarıçılpaq halda gedən model Gəlindən icazə almışdım FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ