Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Brilliant qalmaqallı sözləri Tünzaləyə yox, ona ünvanlayıbmış

Brilliant qalmaqallı sözləri Tünzaləyə yox, ona ünvanlayıbmış

Tarix: 13 Yanvar 2022 14:10

Xalq artisti Brilliant Dadaşova qalmaqallı sözləri kimə ünvanladığını açıqlayıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni "Deməsəm olmaz" proqramına bununla bağlı açıqlama verib.

Dadaşova deyib ki, həmin sözləri iddia edildiyi kimi Xalq artisti Tünzalə Ağayevaya yox, ona şərh yazan izləyiciyə olub. Belə ki, transparan koftası ilə gündəmə gələn ifaçının geyimini izləyicilərdən biri tənqid edib. Dadaşova ona yazılan "Nənə, babamız var, onu stilində geyinin" sözlərinə Mirzə Ələkbər Sabirin sözləri ilə cavab verib. 

Brilliant əlavə edib ki, Tünzalə ilə münasibətləri çox yaxşıdır. Hətta ifaçı Ağayevanın mahnılarından birini oxuduğunu da əlavə edib.

Qeyd edək ki, B.Dadaşova "Geyinib yenə açıq-saçıq. Saxlayır özünü arıq, biabırçılıq. Biz yorulduq nənəmizin mədəniyyətini buna öyrətməkdən. O, isə yorulmadı "inteligent" Həsəni, Cəlil Məmmədquluzadəni, Zeynaləbdin Tağıyevi, Musa Nağıyevi, Nizaminin yaratdığı Kəhkəşanı, Xurşidbanu Natavanı, Təbrizi, Zəncanı, dahilər ocağı böyük Turanı, Hüseyn Cavidi, mədəni irsimizi misal çəkməkdən" deyə, hekayəsində yazmışdı.


Etiketlər:  Brilliant qalmaqallı sözləri Tünzaləyə ünvanlayıbmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ