Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzəblənən fil sərnişin avtobusunun pəncərəsini sındırdı - VİDEO

Qəzəblənən fil sərnişin avtobusunun pəncərəsini sındırdı - VİDEO

Tarix: 13 Yanvar 2022 15:54

Hindistanın Odişa ştatının Mayurbhanc rayonunda qəzəbli fil sərnişin avtobusunu təqib edərək pəncərəsini sındırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri yerli media tərəfindən yayımlanıb.

Sərnişin avtobusu Balasore şəhərindən hərəkət edərək Tikarpada Vəhşi Təbiət Qoruğunun yaxınlığından keçib. Birdən yolda tənha bir fil peyda olub.

O, avtobusun arxasınca qaçaraq nəqliyyat vasitəsini itələyib və pəncərəsini sındırıb. Heyvanın hərəkəti sərnişinləri qorxuya salsa da, onlardan heç biri xəsarət almayıb.

"Biz filin avtobusu aşıracağını düşündük. Hamı çox qorxdu", - deyə videonun müəllifi bildirib.

Heyvanın avtobusa hücumu hadisənin şahidi olan yaxınlıqdakı kənd sakini tərəfindən lentə alınıb.

Milli.Az


Etiketlər:  Qəzəblənən sərnişin avtobusunun pəncərəsini sındırdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ