Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaq heç vaxt xəstələnməsin deyə... Tanınmış həkimin 7 qızıl qaydası

Uşaq heç vaxt xəstələnməsin deyə... Tanınmış həkimin 7 qızıl qaydası

Tarix: 13 Yanvar 2022 21:18

Uşaqların immun sistemi tədricən formalaşdığı üçün onlar böyüklərlə müqayisədə daha tez-tez xəstələnir. Bu təbiidir.

Lakin uşaq xəstəliklərdən çıxmırsa, həddindən artıq tez-tez xəstələnirsə bu artıq onun orqanizmini zəiflədir, uşağın sağlam və möhkəm böyüməsinə mane olur.

Saglamolun.az sizə tanınmış ukraynalı pediatr Evgeniy Komarovskinin uşaqların daha gec-gec xəstələnməsi üçün 7 qızıl qaydanı təqdim edir:

1. Uşaq tez-tez açıq havada olmalıdır.

2. Uşağı həddindən artıq steril şəraitdə böyütməyin.

Uşaq daim steril şəraitdə saxlanılırsa onun immun sistemi "işsizlikdən" zəifləyir və daha sonra mikrob və ya virusla üzləşdikdə orqanizmi yaxşı müdafiə edə bilmir.

3. Apteklərdə satılan vitaminlərdən sui-istifadə etməyin.

Uşaq vitaminləri təbii mənbələrdən (meyvə-tərəvəz, yarmalar, süd məhsulları və s.) almalıdır.  

4. Uşağı zorla yedizdirməyin.

Uşaq sağlamdırsa iştahasızlığın səbəbi əksər hallarda fiziki aktivliyin az olmasıdır. Uşaq açıq havada oynayandan, qaçandan, velosiped sürəndən sonra enerjisini sərf edəcək və təbii olaraq yemək istəyəcək.

5. Şirniyyatı azaldın.

Şəkər immun sisteminin ilk düşmənlərindən biridir.

6. Uşağın bağırsaqları normal işləməlidir.

Tez-tez təkrarlanan qəbizlik və ishal uşağın immun sistemini zəiflədir.  

7. Uşağın otağı çox isti olmamalıdır, müntəzəm olaraq yığışdırılmalı və havası dəyişilməlidir.


Etiketlər:  Uşaq heç vaxt xəstələnməsin deyə Tanınmış həkimin qızıl qaydası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ