Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2022 22:30
"The Ronettes" rok-n-rol qrupunun təsisçilərindən biri, əsl adı Veronika Bennet olan amerikalı əfsanəvi müğənni Ronni Spektor vəfat edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçinin ailəsi məlumat yayıb.
Xərçəng xəstəliyindən əziyyət çəkən müğənni 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Veronika qrupu 2 bacısı ilə birlikdə yaradıb. 1960-cı illərdə məşhurlaşan qrup "Be my baby" və "Walking in the rain" mahnıları ilə uğur qazanıb.
SON XƏBƏRLƏR