Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FIFA ilin ən yaxşıları adına namizədləri açıqladı

FIFA ilin ən yaxşıları adına namizədləri açıqladı

Tarix: 2 Sentyabr 2019 15:48

FIFA ötən mövsümün ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb.

Qol.az xəbər verir ki, bunlar "Barselona"nın kapitanı Lionel Messi, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo və "Liverpul"un müdafiəçisi Vircil van Deykdir.

Ümumilikdə 7 nominasiya üzrə ən yaxşı adına 3 namizədin adı bəlli olub.


Ən yaxşı kişi oyunçu

Kriştiano Ronaldo (“Yuventus”, Portuqaliya)

Lionel Messi (“Barselona”, Argentina)

Vircil Van Deyk (“Liverpul”, Hollandiya)


Ən yaxşı qadın oyunçu

Lusi Bronz (“Lion”, İngiltərə)

Aleks Morqan (“Lion”, ABŞ)

Meqan Rapinoy (“Reyqn”, ABŞ)

Ən yaxşı kişi məşqçi

Pep Qvardiola (“Mançester Siti, İspaniya)

Yurgen Klopp (“Liverpul”, ALmaniya)

Maurisio Poçettino (“Tottenhem”, Argentina)


Ən yaxşı qadın məşqçisi

Jill Ellis (ABŞ, ABŞ millisi)

Fil Nevil (İngiltərə, İngiltərə millisi)

Sarina Viqman (Hollandiya, Hollandiya millisi) 

Ən yaxşı kişi qapıçı

Ederson (“Mançester Siti”, Braziliya)

Alisson Bekker (“Liverpul”, Braziliya)

Mark Andre Ter-Ştegen (“Barselona”, Almaniya)

Ən yaxşı qadın qapıçı
 
Kristeyn Endler  (PSJ, Çili)

Hedviq Lindal (“Volfsburq”, İsveç)

Sari van Venendal (“Atletiko”, Hollandiya) 
 

"Ferens Puşkaş" mükafatı

Lionel Messi (Argentina). "Betis" - "Barselona" oyunu (17 mart 2019)

Xuan Fernando Kintero (Kolumbiya). "River Pleyt" - "Rasinq" oyunu (10 fevral 2019)

Daniel Zori (Macarıstan) - "Debretsen" - "Ferensvaroş" oyunu (16 fevral 2019)


Qeyd edək ki, qaliblərin adları sentyabrın 23-də açıqlanacaq.

 


Etiketlər:  FIFA ilin ən yaxşıları adına namizədləri açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ