Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2022 19:48
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30746,3 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 20 milyard 336,4 milyon dollarını və ya 66,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 10 milyard 409,9 milyon dollarını (33,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 9 milyard 926,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 40,7 faiz, real ifadədə 0,8 faiz, o cümlədən ixrac 10,4 faiz artmış, idxal isə 11,2 faiz azalıb.
2021-ci ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 44,1 faiz, real ifadədə 33,8 faiz artaraq 2359,8 milyon dollar təşkil edib.