Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2022 08:06
Gürcüstanda karantin və özünütəcrid müddəti xəstəliyin gedişindən və peyvənddən asılı olacaq.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Gürcütsanın sıhiyyə nazirinin müavini müavini Tamar Qabunia danışıb. O bildirib ki, karantin müddəti ilə bağlı dəyişikliklər bazar ertəsi qüvvəyə minəcək və hazırda onlar dəqiqləşdirilir.
Yeni qaydalara əsasən, xəstəlik asimptomatik və ya yüngül formada keçdiyi halda, son sutka ərzində simptomların olmaması və özünütəcrid müddəti bitdikdən sonra beş gün ərzində maska taxmaq şərti ilə özünütəcrid müddəti 8 gün olacaq.
Xəstəliyin ağır və orta ağır formalarında özünütəcrid müddəti ən azı 10 gün olacaq, son 24 saat ərzində isə kəskin yaxşılaşma olmalıdır. Eyni zamanda, özünütəcrid müddətinin sonunda xəstə olanlar beş gün maska taxmalıdırlar.
Koronavirus xəstəsi ilə təmasda olanlara gəlincə, karantin müddəti təmasda olan şəxsin peyvənd olunub-olunmamasından asılı olacaq.
Qeyd edək ki, hazırda Gürcüstanda özünütəcrid və karantin müddəti 12 gündür.