Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlar da evlənirlər

Onlar da evlənirlər

Tarix: 17 Yanvar 2022 09:30

Uzun müddətdir sevgili olan Serkan Çayoğlu və Özge Gürel evlilik qərarı alıb.

Sonxeber.net Olay-a istinadən xəbər verir ki, cütlük bu yay toy etməyi planlaşdırıb. Hətta evləndikdən sonra yaşamaları üçün yeni ev də alıblar.

Serkan 6 milyon türk lirəsi ödədiyi evi təmir etdirməyə başlayıb. İki mərtəbəli lüks villanı Özge dizayn edəcək. Bunun üçün onlar əlavə 350 min lirə xərcləyəcəklər.

Qeyd edək ki, cütlük "Kiraz mevsimi" serialının çəkilişində tanış olub. 


Etiketlər:  Onlar evlənirlər


RƏYLƏR