Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2022 10:38
Azərbaycanın hüquq-mühafizə orqanları kibercinayətkarlıqda təqsirləndirilən Bolqarıstan vətəndaşını beynəlxalq axtarışa verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.
Bildirilib ki, 33 yaşlı Niyazi Sevinc kompüter materiallarını dəfələrlə qanunsuz mənimsəmə və kibercinayətkarlıqda təqsirləndirilir.
Onun saxlanılması üçün "qırmızı bülleten"lə İnterpola müraciət edilib.
Azərbaycan məhkəmələri tərəfindən N. Sevinc təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.