Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2022 11:18
ABŞ və Böyük Britaniyanın Ukraynanı silahla, o cümlədən portativ hava hücumundan müdafiə sistemləri ilə təmin etmək planları son dərəcə təhlükəlidir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.
O qeyd edib ki, Qərbin sözügedən addımı regionda gərginliyi daha da artıracaq:
"Bütün bunlar Ukrayna torpaqlarında təkcə müdafiə deyil, həm də hücum xarakterli müxtəlif silahların tədarükçülərinin fəallaşması ilə bağlı narahatlığımıza uyğundur. Üstəlik, portativ hava hücumundan müdafiə sistemləri də burada sual altındadır. Bu sistemlər ayrıca silah növüdür, istifadəsi beynəlxalq hüquqla tənzimlənir".