Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qara dənizdə fırtına Gürcüstan turizmini iflic etdi - VİDEO

Qara dənizdə fırtına Gürcüstan turizmini iflic etdi - VİDEO

Tarix: 19 Yanvar 2022 19:44

Qara dənizdə güclü fırtına Gürcüstan kurortlarının infrastrukturuna ciddi şəkildə zərər verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Zuqdidi bələdiyyəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Anaklia və Qanmuxuri sahillərindən keçən fırtına sahil xəttini əhəmiyyətli dərəcədə zədələyib. Qasırğa Qanmuxuridəki amfiteatrın bünövrəsini, həmçinin polis postunun istinad divarını və çimərliyə gedən yolları dağıdıb, eləcə də sahilə yaxın ağacları kökündən çıxardıb.

Eyni zamanda, fırtına liman şəhəri Potidə də sahil xəttini zədələyib.

Milli.Az


Etiketlər:  Qara dənizdə fırtına Gürcüstan turizmini iflic etdi VİDEO


RƏYLƏR