Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kimlərə cız-bız, içalat yemək olmaz - Zərərləri

Kimlərə cız-bız, içalat yemək olmaz - Zərərləri

Tarix: 19 Yanvar 2022 22:06

Qaraciyər, böyrək, ürək, ağciyər, traxeya, ağ ət... Kəsilən heyvanın içalatı da qədim türk mətbəxində israf olunmayıb, daxili orqanlardan dadlı cızbız icad olunub.

Cız-bız adı quyruq tikələrinin sacda çızıldayıb çırtlamasından götürülüb. Bu yemək Cənubi Azərbaycnada Çığır-bağır da adlandırılır.

Bəs daxili orqanları yemək orqanizmə zərərli deyilmi? Axı çox orqanlarda toksinlər toplanır?

Sonxeber.net bildirir ki, medicina.az cız-bızın kimlərə zərərli olmasını araşdırıb.

Tibdə və qida terminologiyasında heyvanın daxili orqanları subərzaq adlanır.

Onlar 2 kateqoriyaya bölünür: sırf daxili orqanlar, beyin və xaricdə qalan orqanlar: quyruq, dil, qulaqlar, baş, kəllə, sümüklər.

Bu hissələrdən delikates yeməklər hazırlanır.

Ayrı-ayrılıqda bu hissələrin hər biri mineral və vitaminlərlə, zülalla zəngindir.

Lakin bəzi xəstəliklər var ki, onlarda yağlı cız-bız yemək olmaz.

Bunlara:

- Damar tıxanıqlığı olanlar, ateroskleroz

- Dağınıq skleroz

- Böyrək çatışmazlığı

- Ürək-damar xəstəlikləri

- Ürəyində stend olanlar

- Qanda xolesterin, triqliseridlər yüksək olanlar

- Şəkərli diabet xəstələri

- Aşırı piylənməsi olanlar

- Beyin qan dövranı pozulanlar

- Qaraciyər piylənməsi

- Bel nahiyədə piylənmə olanlar

- Ürək damarlarında tutulması olanlar


Etiketlər:  Kimlərə cız bız içalat yemək olmaz Zərərləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ