Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2022 15:32
Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Sonxeber.net-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi "Mercedes" və Təbriz Məmmədovun idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub.
Nəticədə "Mercedes"də olan sərnişinlərdən rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, ölən şəxs Lələli kənd tam orta məktəbinin direktorudur.