Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2022 19:10
Quba-Bakı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emin Sədrəddin oğlu İsmayılovun cinayət işi üzrə məhkəməsi başlayır.
Sonxeber.net "Report"a istinadən bildirir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası hələ məlum deyil.
Qeyd edək ki, hadisə 2021-ci ilin mayında Quba-Bakı yolunun Şabran rayonunun Gəndob qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şabranın Gəndab kənd sakini Emin Sədrəddin oğlu İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomaşın yüksək sürətlə hərəkətdə olarkən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Xəyal Şahvələd oğlu Əhmədxanlının idarə etdiyi "LADA Priora" markalı avtomobilə arxadan çırpılıb. Nəticədə "Priora"nın sürücüsü Xəyal Əhmədxanlı və sərnişini, Quba rayonu İqriq kənd sakini, 1993-cü il təvəllüdlü Əli Ağadadaş oğlu Əzizov aldıqları xəsarətlərdən ölüblər. Sürücünün qardaşı 1989-cu il təvəllüdlü Əmir Əhmədxanlı və 1994-cü il təvəllüdlü Kənan Mətləb oğlu Abdullayev, 1990-cı il təvəllüdlü Hüseyn Füzuli oğlu Babayev, eləcə də "Mercedes"in sürücüsü Emin İsmayılov ağır xəsarət alıblar.