Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2022 22:03
Müxtəlif qoxuların insan beyinə olan təsiri çoxdan sübut olunub.
Bəzi qoxular insanı sakitləşdirə, digərləri isə əksinə qıcıqlandıra bilər. Amerika diyetoloqları arıqlamağa kömək edən qoxunu aşkar ediblər.
3 min qadının iştirakı ilə aparılmış eksperiment göstərib ki, nanə qoxusu həqiqətən arıqlamağa kömək edir. Nanə qoxusu iştahanı azaldır və nəticədə insan daha az kalori qəbul edir.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, "nanə pəhrizi" çox asandır. İnsan adi qaydada qidalanır. Yalnız hər qida qəbulundan əvvəl 1 stəkan nanə dəmləməsi içilməlidir. Bundan əlavə evdə nanə yağı ilə aromalampa yandırmaq, biək nahiyəsinə nanə efir yağını damızdırıb gün ərzində onu qoxulamaq lazımdır.
Eksperiment təşkilatçıları sübut edir ki, bu sadə qaydalara əməl edən iştirakçılar gün ərzində 200-300 kkal az qəbul edirdi. Bu isə onlara heç bir əziyyət çəkmədən arıqlamağa kömək edib.