Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 13:40
Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.
Qol.az-ın məlumatın agprə, oclasda Peşəkar Futbol Liqasının Mətbuat və İctimiaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev, PFL-in Texniki İdman şöbəsinin rəisi Elgiz Abbasov, Premyer Liqada mübarizə aparan “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər.
Toplantıda ölkə futbolu ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
İclasdan sonra jurnalistlərə açıqlama verən komitənin səfri Riyad Rəfiyev deyib ki, 3 məsələ müzakirə olunub: “Birinci məsələ Azərbaycan Premyer Liqasının sponsoru ilə bağlı idi. Həmin sponsorun kimliyi, klublarla bağlılığı və klubların qazancı necə olacaq? İkinci məsələ Premyer Liqadakı limit idi. Şəxsən özüm belə bir təklif irəli sürdüm ki, hər əlavə futbolçu üçün hansısa sistem tətbiq olunsun. Klublar daha çox gənc oyunçu oynada bilsinlər və gənc futbolçular çox oynasa, klubların burada maddi xeyiri olsun. Bu ödəniş AFFA və ya Peşəkar Futbol Liqası tərəfindən ola bilər. Bir sistemin müzakirəsi və necə tətbiq olunması müzakir olundu. Üçüncüsü isə klubların akademiyalarındakı futbolçuların təzminat məsələsi idi. Məsələn, akademiyadan gənc futbolçular başqa kluba keçəcəyi təqdirdə nə qədər təzminat ödənilməsi və sair”.