Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2022 23:08
Xəbər verdiyimiz kimi, Burkina-Fasoda hərbi çevriliş olub və bir qrup hərbçi hakimiyyəti ələ keçirib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bir qrup əsgər dövlət televiziyasında çevriliş bəyanatı oxuyub. Bəyanatı özlərini "Azadlıq və Bərpa Uğrunda Vətənpərvər Hərəkat" (MPSR) adlandıran qrup adından kapitan Kader Uedraoqo oxuyub. O bildirib ki, prezident Roş Mark Kristian Kaborenin hakimiyyəti devrilib və polkovnik-leytenant Pol-Henri Sandaoqo Damiba MPSR-nin lideridir.
Ölkənin hava və quru sərhədləri növbəti xəbərdarlığa qədər bağlanıb.
Sözçü konstitusiyanın dayandırıldığını, hökumətin və parlamentin buraxıldığını, hava və quru sərhədlərinin gecə yarısından növbəti xəbərdarlığa qədər bağlanılacağını, saat 21.00-dan səhər saat 05.00-a qədər komendant saatı elan edildiyini bildirib.
"Röyters" xəbər verir ki, Burkina-Faso Prezidenti Roş Mark Kabore Qərbi Afrika ölkəsində hərbi qiyamla bağlı xəbərlər fonunda istefa verib. Onun jandarm qüvvələrinin himayəsində olduğu iddia edilir. Şahidlərin mətbuata verdiyi məlumata görə, bazar günü axşam prezident iqamətgahı yaxınlığında atışma səsləri eşidilib, səmada helikopterlər görünüb.
Qeyd olunur ki, Kabore bazar günündən bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun istefası barədə təhlükəsizlik və siyasi mənbələr məlumat yayıb.