Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan - Uels oyununu maltalı hakimlər briqadası idarə edəcək

Azərbaycan - Uels oyununu maltalı hakimlər briqadası idarə edəcək

Tarix: 3 Sentyabr 2019 14:36

Bakı. Trend:

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Uels-Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Trend-in məlumatına görə, matçı Maltadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Trustin Farruciya Kann olacaq. Ona Alan Kamilyeri və Luke Portelli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alan Mario Sant yerinə yetirəcək.

Finlandiyalı Jouni Hutia oyunun hakim-inspektoru, isveçli Kristian Valendar isə UEFA nümayəndəsi olacaq.

Uels-Azərbaycan oyunu sentyabrın 6-da Kardiff şəhər stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Uels oyununu maltalı hakimlər briqadası idarə edəcək


RƏYLƏR