Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2022 13:52
İstanbulda qar səbəbilə fəlakətin yaşandığı bir vaxtda bələdiyyə sədri Əkrəm İmamoğlunun restoranda olduğu məlum olub.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, İmamoğlu restoranda britaniyalı diplomatla görüşüb. Qar səbəbilə yollarda uzun tıxacların yarandığı, minlərlə insanın küçələrdə qaldığı bir vaxtda İmamoğlunun restoranda olması böyük narazılıq yaradıb. Əvvəlcə İmamoğluna yaxın dairələr bunu təkzib etsə də, fotolar üzə çıxandan sonra İmamoğlu özü açıqlama yayıb. O yazıb:
"19 saatdır qarla mübarizə işlərinə rəhbərlik etdikdən sonra 1 saatlıq yemək fasiləsini danışmağa başladılar".
Yerli mənbələr yazır ki, İmamoğlu restoranda 1 saat deyil, daha çox müddətdə qalıb. Üstəlik onu yol boyu qar təmizləyən maşınlar müşayət edib. Yerli sakinlər bələdiyyə sədrini fəlakətə qarşı qabaqlayıcı tədbirlər görməməkdə ittiham edərək, onun istefasını tələb edirlər.