Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2022 08:20
Bakının 165 nömrəli tam orta məktəbində şagirdlərin dərs prosesi zamanı lentə alınmış qeyri-etik videosu yayılmışdı.
Sonxeber.net bildirir ki, "Xəzər Xəbər" həmin məktəbdə olub və hadisənin təfərrüatını araşdırıb.
Jurnalistlərə müsahibə verən məktəb direktoru bildirib ki, şagirdlərin qeyri-etik davranışlarının olduğu video dərhal araşdırılıb. Məlum olub ki, videodakı şagirdlər məktəbdə 9-cu sinifdə təhsil alırlar.
Şagirdlərlə yanaşı, həmin dərsdə iştirak edən müəllim və məktəbin iki direktor müavini barədə də tədbir görülüb.