Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elman Rüstəmov: ''Manatın məzənnəsi bu il stabil olacaq''

Elman Rüstəmov: ''Manatın məzənnəsi bu il stabil olacaq''

Tarix: 28 Yanvar 2022 12:56

"Milli valyutanın məzənnəsi bu il stabil olacaq, manatın məzənnəsi qorunub saxlanılacaq".

Sonxeber.net bildirir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, bank bu istiqamətdə qoruyucu yox, neytral siyasət tətbiq edib və manatı devalvasiyadan yox, revalvasiyadan qoruyub.

Xatırladaq ki, "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin analitikləri bu yaxınlarda bildirmişdi ki, Azərbaycan manatın ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq.

"Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər. Bu, Azərbaycan Mərkəzi Bankını 2015-ci ildə yaşadığı xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək", - S&P-nin analitikləri vurğulamışdı.


Etiketlər:  Elman Rüstəmov Manatın məzənnəsi stabil olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ