Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə qoşunları Qarabağa gəlməlidir - Polkovnikdən Ankaraya ÇAĞIRIŞ

Türkiyə qoşunları Qarabağa gəlməlidir - Polkovnikdən Ankaraya ÇAĞIRIŞ

Tarix: 28 Yanvar 2022 14:02

Rusiya sülhməramlılarının iştirakı ilə Azərbaycanda, Laçın rayonunda Laçın dəhlizinə alternativ olacaq yolun tərkib hissəsi olan körpünün inşasına başlanıb. Ermənistandan Azərbaycanın Xankəndi şəhərinə, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə olan məkana gedən "dəhliz"ə alternativ yol çəkilməsi, Murovdağda tunel çəkmək istəyi təbii ki, sülhməramlı fəaliyyət missiyalarını aşan məqamlardır. Rusiyalı sülhməramlılar özlərini az qala bu ərazilərin sahibləri kimi aparmağa başlayıblar.

Rusiya sülhməramlıları Qarabağa Laçın dəhlizi ilə qanunsuz səfərlərə imkan verməklə yanaşı, eyni zamanda Azərbaycan tarixini saxtalaşdırmaqla da məşğuldurlar. Belə ki, Xocavənd rayonunu "Martuni" adlandırmaqla kifayətlənməyən rusiyalı sülhməramlılar Amarası da "qədim erməni monastırı" kimi qələmə verərək tarixi həyasızcasına saxtalaşdırırlar.

Milli.Az


Etiketlər:  Türkiyə qoşunları Qarabağa gəlməlidir Polkovnikdən Ankaraya ÇAĞIRIŞ


RƏYLƏR