Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Gündüzlər görməsinlər deyə gecələr ağlayırdım''

''Gündüzlər görməsinlər deyə gecələr ağlayırdım''

Tarix: 29 Yanvar 2022 11:05

"Həyat yoldaşımı itirəndən sonra tək yaşamağa alışdım. Gündüzlər heç kim görməsin deyə gecələr göz yaşı töküb ağlayırdım. 40 yaşım var idi o rəhmətə gedəndə. Sənətkar xanımın ömür-gün yoldaşı, söykənməyə bir arxası olmalıdır. Bəlkə də bu sənətdə olmasaydım, gələn evlilik təkliflərindən birinə "hə" deyərdim. Çünki övladım çox kiçik yaşlarında atasız qalmışdı. Amma mənim sənətim o boşluqları doldurdu. Bütün sevgimi övladıma, sənətimə həsr etdim. Onu böyütdüm, gözəl savad verdim. Mən ondan bu gün çox razıyam"

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova bildirib. O daha sonra əlavə edib.

"Çox keşməkeşli sənət yolum olub. Övladımı doyunca özüm böyüdə bilməmişəm, anam saxlayıb, mən qastrola, toya, konsertlərə getmişəm. Qızım uşaqlıq yaşamayıb. Elə vaxt olub ki, toylardan imtina edib, sırf sənət üçün çalışmışam, qastrol səfərlərinə getmişəm. Anam bir növ qızıma nənə yox, ana olub. Vaxtında övladıma vermədiyim sevgini bu gün nəvəmə verirəm" deyə o bildirib.

Firuzə İbadova daha sonra əlavə edib.
 
"Heç vaxt səhnəyə moda göstərmək üçün yox, sənət göstərmək üçün çıxmışam. Danışığıma, efir mədəniyyətinə yüksək önəm verirəm. Bu ailədən gəlir, ondan da əlavə mən böyük sənətkarımız Şövkət Ələkbərovanın tələbəsiyəm. Çox təəssüf ki, bu gün sənətin adını ucuzlaşdıran, onu ifrat dərəcəyə gətirən qadınlarımız var. Belə müğənnilərə görə utanıram. Həmin müğənnilərə görə bəzi hallarda bizi də qınayırlar. Yəqin ki, bunlara görə də bir ölçü götürüləcək" deyə əməkdar artist bildirib.


Etiketlər:  Gündüzlər görməsinlər deyə gecələr ağlayırdım


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ