Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mexiko şəhərində ABŞ diplomatı basqına məruz qalıb

Mexiko şəhərində ABŞ diplomatı basqına məruz qalıb

Tarix: 4 Sentyabr 2019 01:56

Bakı. Trend:

ABŞ-ın Meksikadakı səfirliyinin əməkdaşı Mexiko şəhərində basqına məruz qalıb.

Trend-in məlumatına görə, tapança ilə silahlanmış cinayətkar 61 yaşlı qadından təqribən 8 min dollar dəyərində Rolex markalı saatını əlindən alıb. Bildirilir ki, o sonra hadisə yerindən qaçıb.

Hücum Mexiko şimal-qərbindəki Polanko rayonunda baş verib.

Araşdırma başlayıb, Meksikalı müstəntiqlərə ABŞ səfirliyinin işçiləri kömək edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mexiko şəhərində ABŞ diplomatı basqına məruz qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ