Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mahirin transferi ilə vitse-prezident məşğul olur” - Emre Belözoğlu

“Mahirin transferi ilə vitse-prezident məşğul olur” - Emre Belözoğlu

Tarix: 30 Yanvar 2022 13:08

"Mahir Emreli maraqlandığımız futbolçulardan biridir".

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Türkiyənin "Başakşehir" klubunun baş məşqçisi Emre Belözoğlu "Anadolu" agentliyinə müsahibəsində deyib.

"Onun transferi ilə klubun vitse-prezidenti Mustafa Eröğüt məşğul olur", - o qeyd edib.

E.Belözoğlu Mahir Emrelinin "Legiya"da yaşadığı xoşagəlməz vəziyyəti də xatırladıb.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Millimizin hücumçusu varşavalı azarkeşlərlə məlum insidentdən sonra bu komandaya qayıtmaq istəmir.

Milli.Az


Etiketlər:  Mahirin transferi ilə vitse prezident məşğul olur Emre Belözoğlu


RƏYLƏR