Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2022 13:26
Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksenin İngiltərənin "Brentford" klubuna keçidi baş tutub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu cari mövsümün sonuna qədər "Brentford"da top qovacaq.
Müqaviləyə əsasən, klub və futbolçu müqaviləni daha bir il müddətinə uzada bilərlər.
Həmçinin K. Eriksenin bütün tibbi testlərdən uğurla keçdiyi də məlum olub.
Xatırladaq ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək yerə yıxılmışdı.
Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb.