Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2022 22:30
Ermənistanda iqtidardakı Vətəndaş Müqaviləsi Partiyası ölkə prezidentliyinə yüksək texnologiyalar sənayesi naziri Vahanq Xaçaturyanın namizədliyini irəli sürüb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu parlamentin sədri Alen Simonyan jurnalistlərə bildirib.
Prezident Armen Sarkisyanın istefasından sonra dövlət başçısını müvəqqəti əvəz edən spiker qeyd edib ki, iqtidar partiyasında bir neçə nəfərin namizədliyi müzakirə olunduqdan sonra V.Xaçaturyanla bağlı razılığa gəlinib.
Xatırladaq ki, A.Sarkisyanın 23 yanvar tarixində verdiyi istefa ərizəsi Alen Simonyan tərəfindən bu gün imzalanıb.