Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Müharibə heç kimə lazım deyil” - Zelenski

“Müharibə heç kimə lazım deyil” - Zelenski

Tarix: 1 Fevral 2022 23:48

"Dövlətimizə qarşı güclü eskalasiya olarsa, faciə baş verəcək. Ona görə də mən çox açıq danışıram. Bu, Ukrayna və Rusiyanın müharibəsi olmayacaq. Bu, Avropa müharibəsi olacaq".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Boris Consonun Kiyevə səfəri çərçivəsində keçirdikləri birgə mətbuat konfransında deyib.

Zelenski əlavə edib ki, ukraynalılar sona qədər mübarizə aparacaqlar: "Ruslar bizi eşitməlidir. Onlar dinləməli və başa düşməlidirlər ki, müharibə heç kimə lazım olmayan bir şeydir. Amma eyni zamanda, biz heç kimi dəvət etməmişik ki, əllərində silahla gəlsinlər. Bu müharibə heç kimə lazım deyil".

Dövlət başçısı bildirib ki, Rusiyaya qarşı sanksiyalar gərginliyin qarşısını ala bilər: "Biz özümüzü müdafiə edirik, ölkəmizi müdafiə edirik. Mədəniyyətimizi, dilimizi, adət-ənənələrimizi qoruyuruq. İlk növbədə, xalqımızı qoruyuruq. Ancaq hər şeyə hazır olmalıyıq" - deyə Prezident çıxışında bildirib.

Milli.Az


Etiketlər:  Müharibə heç kimə lazım deyil Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ