Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

15 milyonluq mirasını övladlığa götürdüyü bu şəxsə verəcək

15 milyonluq mirasını övladlığa götürdüyü bu şəxsə verəcək

Tarix: 2 Fevral 2022 05:45

Macar əsilli mərhum Hollivud ulduzu Ja Ja Qaborun sonuncu, 9-cu həyat yoldaşı Frederik Prins von Anhalt ölümündən sonra mirasını buraxa biləcəyi bir kimsəsi olmadığı üçün maraqlı addım atıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, şahzadə Frederik titulunu və 15 milyon funt-sterlinq dəyərində mirasını vəsiyyət edə bilmək üçün 27 yaşlı Kevin adlı alman əsilli oğlanı övladlığa götürüb.

Kevin şahzadənin dostunun oğludur və razılaşmaya əsasən, o, qocaldıqdan sonra edə bilmədiyi işləri görəcək, həmçinin xəstələnəndə və ömrünün son günlərində ona baxacaq.

Qeyd edək ki, Frederik özü də Almaniyada polis ailəsində dünyaya gəlib. O, 1979-cu ildə alman şahzadəsi Auguste von Anhalt tərəfindən övladlığa götürüldükdən sonra 35 yaşında şahzadə titulu alıb.


Etiketlər:  milyonluq mirasını övladlığa götürdüyü şəxsə verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ