Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 20:26
Gürcüstan azərbaycanlıların sıx məskunlaşdığı Qardabani rayonunda yanvarın 31-də toyda kütləvi dava olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, insident nəticəsində bir ailənin dörd üzvü, o cümlədən üç yaşlı uşaq döyülüb.
Yayılan məlumatda qeyd olunur ki, kütləvi davada 20 nəfər adam iştirak edib.
Belə ki, gəlinin 15 nəfərə yaxın qohumu bəyin yaxınlarına hücum edib.
Dava zamanı ağır xəsarətlər alan Nodar Məmmədov adlı orta yaşlı şəxs komadadır.
Kişinin vəziyyəti ağır olduğundan həkimlər hələlik onu əməliyyat edə bilməyiblər.
Onun qohumu İsrail Məmmədov da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı polis araşdırma aparır, cinayət işi açılıb.