Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 23:48
Bakıda bağlı qapı arxasında qalan azyaşlı uşağın eyvana çıxıb imdad diləməsi ilə bağlı video yayılıb.
Uşaq eyvanda ağlayaraq, "ana, nə olar mənim də zəngimi aç" deyir.
Hadisə Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 18 nömrəli binada baş verib.
İddiaya görə, artıq bir həftədir uşaq eyvana çıxıb belə ağlayır. Bildirilir ki, ana səhər saatlarında işə gedir və azyaşlı uşağını evdə tək qoyur. Uşaq isə eyvana çıxaraq yardım istəyir, ağlayıb, sızlayır. Ananın saat 23:00 radələrində evə döndüyü deyilir. Bu vəziyyət qonşuları olduqca narahat edir.
Binanın komendantı qadınla azyaşlı oğlunun həmin mənzildə kirayə yaşadığını deyib. Qeyd edib ki, uşağın sağlamlığında problem var.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin uşağın valideyni müəyyən edilərək ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə dəvət edilib. Qadın izahatında deyib ki, yaşadığı evin yaxınlığında işlədiyinə görə uşağı evdə tək qoyaraq işə gedir. Gün ərzində ara-sıra onunla maraqlanır.
DİN-dən valideynə bildirilib ki, belə hal təkrar olarsa, müvafiq icra hakimiyyəti qarşısında məsələ qaldıraraq, uşağın dövlət himayəsinə götürüləcəyi təmin ediləcək