Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2022 00:24
Bursada (Türkiyə) yaşanan qətl hadisəsi hər kəsi heyrətə salıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, atasını çörək bıçağı ilə 7 yerindən bıçaqlayaraq öldürən oğul həbs olunaraq həbsxanaya göndərilib. Hər dəfə valideynlərinin mübahisəsindən narahat olduğunu deyən oğul "İkinizi də öldürəcəyəm" deyə qışqıraraq bıçağı mətbəxdən götürüb onlara hücum etdiyini deyib. "Anam evdən qaçaraq xilas oldu. Qaçmasaydı, anamı da öldürəcəkdim" deyib.
Ən dəhşətlisi odur ki, 33 yaşlı Muhammet Cem Uysal 65 yaşlı atası Halil Uysala 7 bıçaq zərbəsi vurub. Ağır yaralanan qoca həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.
Anar Əli