Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sənətkarları yox, cılız vaynerləri tanıyırlar'' - Allahverdi Yolçuyev

''Sənətkarları yox, cılız vaynerləri tanıyırlar'' - Allahverdi Yolçuyev

Tarix: 5 Fevral 2022 16:30

"Təəsüf ki, sənət aləmindən kənarda insandan soruşanda Rza Təhmasib, Adil İsgəndərov, Hökmə Qurbanova, Ələsgər Ələkbərovu tanımırlar. Cılız vaynerləri, mənasız gülüşlərlə dolu videolardakını tanıyırlar".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev "ATV səhər" proqramında deyib. O, hazırda efirdə yayımlanan yumor xarakterli videoları tənqid edib:

"Bu, gənc sənət adamlarına aid deyil. Ümumi gənclərə aid edirəm. İnkişaf göz qabağındadır, çatmaq olmur. Əvvəl yazıçı, dramaturq əsər yazırdı, yoxlanılırdı, sonra efirə buraxılırdı. İndi küçədə nə danışılır efirə gətirilir. Onlarla razı deyiləm. Küçə ifadələri olmaz".


Etiketlər:  Sənətkarları cılız vaynerləri tanıyırlar Allahverdi Yolçuyev


RƏYLƏR