Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2019 17:44
Bakı. Trend:
Rusiyanın bir sıra vilayətlərində yetişmiş qarpız və yemiş məhsulları qida üçün yararsız hesab edilib.
Trend-in məlumatına görə, aparılan yoxlamalar nəticəsində məlum olub ki, Rostov vilayətində yetişən məhsullarda kaliumun həcmi həddən artıq çox olub.
Bundan başqa, Belqorod vilayətində yetişən xiyar, Tula vilayətində yetişən göyərti və Krasnodar diyarında yetişən şaftalılar yoxlamadan keçirilib. Yalnız şaftalılar tələblərə cavab verib.
Digər məhsullarda nitratlar və başqa kimyəvi maddələrin normadan çox olduğu məlum olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin