Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2022 23:32
Parisdə cüdo üzrə "Böyük dəbilqə" turniri davam edir.
Turnirin birinci gününü Azərbaycan komandası medalsız başa vurub.
Komandamızın üzvü Kəramət Hüseynov (60 kq) ilk görüşündə Daouda Dabone (Kot d'ivuar), növbəti mərhələdə monqolustanlı Ariunbold Enkhtaivana qalib gələrək yarımfinala yüksəlsə də, bu mərhələdə yaponiyalı Ryuju Nagayamaya uduzub.
Cüdoçumuz bürünc medal uğrunda görüşdə də gürcüstanlı Jaba Papinaşviliyə məğlub olaraq medalsız qalıb.
Turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov ilk qarşılaşmada fransalı Benjamin Axusa məğlub olub.
Həmin çəkidə turnirə qatılan daha bir təmsilçimiz - Hidayət Heydərovun da çıxışı uğursuz olub.
Belə ki, o, Fransanın digər cüdoçusu Theo Riquinə qalib gəlsə də, sonrakı mərhələdə qambiyalı Faye Njieyə uduzub.