Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Lassa'' qızdırması 40 nəfərin ölümünə səbəb olub

''Lassa'' qızdırması 40 nəfərin ölümünə səbəb olub

Tarix: 6 Fevral 2022 14:38

Nigeriyada "Lassa" qızdırmasından son bir ayda azı 40 nəfər ölüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Nigeriyanın "The Nation" qəzeti məlumat yayıb.

2022-ci ilin yanvar ayının dörd həftəsi ərzində "Lassa" qızdırmasına 211 nəfər yoluxub.

Bu günə qədər ölkənin 36 ştatından 14-də qızdırma aşkarlanıb. Xəstəlikdən əziyyət çəkənlər 21-30 yaş arasındadır.

"Lassa" epidemiyası Nigeriyada bir ildən artıqdır ki, davam edir. 2021-ci ildə ölkədə bu xəstəlikdən 80-dən çox ölüm qeydə alınıb.

Bu qızdırma arenavirus ailəsinə aid olan kəskin yoluxucu viral xəstəlikdir. Bir sıra cəhətdən Ebola virusunun yaratdığı xəstəliyə yaxındır. Ən çox Qərbi Afrikada, o cümlədən Nigeriya, Liberiya, Qana, Qvineya və Sierra Leonedə yayılıb. Bu ölkələrdə hər il 500 minə qədər insan qızdırmadan əziyyət çəkir, onlardan təxminən 5 min nəfəri üçün bu xəstəlik ölümlə başa çatır.

Milli.Az


Etiketlər:  Lassa qızdırması nəfərin ölümünə səbəb olub


RƏYLƏR