Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2022 00:35
Aktrisa Ülviyyə Əliyeva TikTokda canlı yayım zamanı qəzəblənib.
Sonxeber.net OLAY-a istinadən yazır ki, buna səbəb bir nəfərin şərhlərdə ondan tez-tez yardım istəməsi olub. Bu zaman Əliyeva hiddətlənərək bunları söyləyib:
"Pandemiya dövründə biri dedi ki, qazi ailəsiyəm, imkanımız yoxdu, ürəyim dözmədi maaşımdan qalmışdı, axırıncı puluma bazarlıq edib getdim. Gördüm ki, "novostroyka"da təmirli evdə yaşayırlar. Fikirləşdim ki, yəqin, kirayə qalırlar. Sonra öyrəndim ki, kirayə deyil. Uşaqların paltarları gül kimi, tər-təmiz, mən də son puluma bazarlıq etmişəm. Sən demə məndən də əvvəl biri də yardım edibmiş. Soyuducuları da dolu idi. Niyə belə edirsiz? Bayaqdan yazır, fikir vermirəm. Əsl köməyə ehtiyacı olan sənin kimi etməz. Tiktokda oturub vaxt keçirməkdənsə, canın çıxsın mənim kimi işlə. Mən üç ailə saxlayıram. Həyat yoldaşım da, xərçəng xəstəsi qohumum da mənim boynumdadır. Adamı belə əsəbləşdirirlər. Sonra da insanlar oxuyurlar, deyirlər, qazi kömək istədi, ay vicdansız, özgə vaxt vətənpərvərlikdən danışır. İndi buna bax? Mən müğənni deyiləm ki, toya gedim. Dövlətdən maaş alıram. Ağılları gedib müğənnilərə, hansı ki kreditlə aldığı maşınla özlərini reklam edirlər. Deyirlər bunların imkanları var. Sən mənim evimin içini bilirsən? Hələ bir deyir salona getmisən. Bizim həcilərimiz olmalıdır da, yəqin ona görə".