Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səlcuq Bayraktar Qarabağ Zəfərində “Bayraktar” PUA-ların rolundan danışdı

Səlcuq Bayraktar Qarabağ Zəfərində “Bayraktar” PUA-ların rolundan danışdı

Tarix: 7 Fevral 2022 11:00

"TEKNOFEST" əslində dönüşüm rüzgarı, cəmiyyətin yüksək texnologiyalar yaradan bir ölkəyə çevrilmək üçün səfərbərliyidir".

Milli.Az xəbər verir ki bunu "TEKNOFEST Azərbaycan"la bağlı mətbuat konfransına çıxış edərkən "TEKNOFEST" Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Selçuk Bayraktar deyib.

O bildirib ki, Türkiyə xaricində bir "TEKNOFEST" həyata keçiriləcəksə, bunu ilk olaraq can qardaşlarımızın torpaqlarında keçirmək istəyirlər: "Bu səbəbdən Türkiyə xaricində ilk "TEKNOFEST"-i Azərbaycanda təşkil edirik. Unutmayaq ki, müstəqilliyimiz üçün milli müdafiə sənayesinə sahib olmağımız əsas şərtdir. Bunun ən yaxşı nümunəsini Türkiyənin terrorla mübarizəsində və Azərbaycanın Zəfərlə nəticələnən Vətən müharibəsində milli "Bayraktar" silahlı pilotsuz aparatlardan istifadə edilməsində gördük. Qarabağ işğaldan azad oldu. Bu səbəbdən millətimizin heç kimə bağlı olmadan yüksək texnologiyanı yaratması lazımdır".

Milli.Az


Etiketlər:  Səlcuq Bayraktar Qarabağ Zəfərində Bayraktar PUA ların rolundan danışdı


RƏYLƏR