Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada son sutkada 600-dən çox insan COVID-19-dan ölüb

Rusiyada son sutkada 600-dən çox insan COVID-19-dan ölüb

Tarix: 7 Fevral 2022 16:56

Rusiyada bir gündə rekord sayda - 171 905 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 10 843 nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 609 nəfər artaraq 336 023-ə yüksəlib.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 12 982 023 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 10 624 954 nəfər sağalıb.

Milli.Az


Etiketlər:  Rusiyada son sutkada 600 dən çox insan COVID 19 dan ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ